Bank Of Baku

Yazıçılar Birliyində www.ayb.az saytının təqdimat mərasimi keçirilib

Yazıçılar Birliyində www.ayb.az saytının təqdimat mərasimi keçirilib
# 25 dekabr 2013 13:25 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Bu gün Azərbaycan Yazıçılar Birliyində (AYB) “Ədəbiyyat və mətbuat” mövzusunda dəyirmi masa və yeni yaradılan www.ayb.az domenli saytın təqdimat mərasimi keçirilib.

 

APA-nın məlumatına görə, sayt gündəlik xəbərlərlə yenilənəcək, ədəbi materialları çap edəcək. Tədbirdə çıxış edən AYB-nin mətbuat katibi Xəyal Rza bildirib ki, müasir ədəbi prosesləri özündə əks etdirən sayta çoxdan ehtiyac var idi və sayt hər kəsin üzünə açıq olacaq.

 

“525-ci qəzet”in baş redaktoru, AYB-nin gənclər katibi Rəşad Məcid bildirib ki, mətbuatla Yazıçılar Birliyinin münasibətləri vacib məsələlərdəndir: “Vaxtilə bədii yazıları çox az qəzetlər çap edirdilər, amma bu istiqamətdə xeyli irəliləyiş var. Bu gün birliyin jurnalları ilə bərabər ədəbiyyat saytları da fəaliyyət göstərir. Yeni saytın yaranması sevindirici haldır və ümid edirəm ki, bu saytda çap olunmağa bizim qələm adamları maraq göstərəcəklər”.

 

AYB-nin katibi Arif Əmrahoğlu, şairlər Səlim Babullaoğlu, Qulu Ağsəs, kulturoloq Aydın Xan, “         Ulduz” jurnalının baş redaktoru Elçin Hüseynbəyli və başqaları müzakirə olunan mövzu haqqında çıxış ediblər, təkliflərini səsləndiriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR