Bank Of Baku

Yazıçılar Birliyinin 80 illiyinə həsr olunmuş sənədli film çəkilib

Yazıçılar Birliyinin 80 illiyinə həsr olunmuş sənədli film çəkilib
# 14 may 2014 15:31 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Azərbaycan Yazıçılar Birliyinin (AYB) 80 illiyinə həsr olunmuş sənədli film çəkilib.

 

AYB-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azad Azərbaycan teleradio şirkəti tərəfindən çəkilən sənədli filmin təqdimatı iyun ayının əvvəlində, Azərbaycan Yazıçılar Birliyinin yubileyi ərəfəsində keçiriləcək.

 

Sənədli filmin ssenari müəllifləri Günay Novruz və AYB-nin mətbuat xidmətinin rəhbəri, şair Xəyal Rzadır. Birlikdən əlavə ediblər ki, rejissoru Emil Məmmədli olan filmin montaj rejissorluğunu Roman Yaşar həyata keçirib.

 

Sənədli filmin məsləhətçiləri isə yazıçı Məqsəd Nur və “Dünya ədəbiyyatı” jurnalının baş redaktoru, şair Səlim Babullaoğludur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR