Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Yusif bəy Ustaclu. Divan” adlı kitabı çapdan çıxıb.
İnstitutdan APA-ya verilən məlumata görə, kitabda bir müddət Təbriz valisi, bir sıra tarixi hadisələrin iştirakçısı olmuş XVI əsr Azərbaycan şairi Yusif bəy Ustaclunun lirik şeirlər toplusu - divanı ilk dəfə olaraq Londonun Britaniya Muzeyi nüsxəsi əsasında müasir əlifba və faksimile ilə təqdim olunub.
Kitabı nəşrə hazırlayan və ön sözün müəllifi institutun direktor əvəzi Paşa Kərimovdur.