Bank Of Baku

Zakir Sadatlının “Əfqanıstan uçurumu” romanı çapdan çıxıb - FOTO

Zakir Sadatlının “Əfqanıstan uçurumu” romanı çapdan çıxıb - <span style="color: red;">FOTO
# 09 yanvar 2013 13:28 (UTC +04:00)

 APA-nın məlumatına görə, ilk sovet hərbi birləşmələrinin tərkibində Əfqanıstana daxil olan Z. Sadatlı 2 il ərzində gördüklərini - müharibə dəhşətlərini, savaş iztirablarını, dost itkilərini, ölüm-itimləri - 30 ildən sonra yazıb.

 

Roman - detektiv əsər, çılpaq həyat fəlsəfəsi, müharibə estetikası, mübarizə poetikası təəssüratı yaradır. Amma bütün bunların heç biri təxəyyül məhsulu deyil, reallıqlardır, yazıçının eşitdikləri yox, yalnız gördükləri, içində olduqlarıdır.

 

Oxucu müəlliflə bərabər mühasirə dəhşətini, döyüş həyəcanını yaşayır. Müharibə görməyən, az qala, silahın nə olduğunu bilməyən oxucu belə müəlliflə bərabər döyüşlərə atılır və sonda müharibənin yükü çiyinlərində, bərkə-boşa düşmüş adam kimi romanı bitirir.

 

“Qanun” Nəşriyyatında nəfis tərtibatda hazırlanan 304 səhifəlik “Əfqanıstan uçurumu” kitabı “APA-Holding”ə daxil olan “lent.az” İnformasiya agentliyinin dəstəyi ilə 1000 tirajla çap olunub.

 

Anar Mahmudoğlunun redaktorluğu ilə ərsəyə gələn kitabın qiyməti 8 AZN-dir. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR