Zahid Qaralovun "Heydər Əliyev - milli ləyaqət ölçüsü" kitabının təqdimatı keçirilib - FOTOSESSİYA

Zahid Qaralovun "Heydər Əliyev - milli ləyaqət ölçüsü" kitabının təqdimatı keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 26 may 2015 12:06 (UTC +04:00)

APA-nın məlumatına görə, təqdimat mərasimində Milli Məclisin sədr müavini, YAP Siyasi Şurasının üzvü Bahar Muradova, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov, YAP Səbail rayon təşkilatının sədri, deputat Şəmsəddin Hacıyev, Səbail rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov və digər qonaqlar iştirak ediblər.

Şəmsəddin Hacıyev kitabın müəllifi olan professor Zahid Qaralovun xidmətlərindən bəhs edib: "Bu kitab Zahid Qaralovun sayca beşinci kitabıdır”.

Bahar Muradova çıxışında deyib ki, heç kimin iradəsinə tabe olmadan, yalnız öz əqidəsi və idealı qarşısında hesabat verməyi məqbul sayan, zamanın və hadisələrin dəyişə bilmədiyi məğrur, saf, bütöv xarakterə malik və ən əsası, bütün hallarda vicdanlı insanı olan Zahid Qaralovun itkisi ağırdır: “YAP-ın ilk kərpicini qoyanlardan birinin, partiya quruculuğunda çox böyük xidmətləri olan Zahid müəllimin həyatı və fəaliyyəti bir çoxlarımız, xüsusilə gənc nəsil üçün əvəzsiz örnəkdir".

Siyavuş Novruzov isə bildirib ki, Zahid Qaralov fəaliyyətinin bütün dövrlərində öz əsərləri ilə ictimaiyyəti təmin edib: "Bundan sonra da professorun kitabları toplanıb çap ediləcək. Biz birlikdə mütəmadi olaraq ünsiyyətdə olmuşuq, eləcə də regionlarda tədbirlərdə iştirak etmişik. O, hərtərəfli şəkildə iclaslara böyük diqqət yetirirdi. Onun apardığı təbliğat, təşviqat işinin nəticəsi olaraq 10-a yaxın insan "91-lər"in üzvü olub. Zahid müəllimin həyatı ümummilli lider Heydər Əliyev yolu ilə bağlı olub”.

Digər qonaqlar da çıxış edərək xatirələrini bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR