Azərbaycan, Qazaxıstan, Çin və Rusiya komandaları “Xəzər derbisi-2015”də iştirak edirlər

Azərbaycan, Qazaxıstan, Çin və Rusiya komandaları “Xəzər derbisi-2015”də iştirak edirlər
# 06 avqust 2015 09:59 (UTC +04:00)

APA-nın “1tv.ru”ya istinadən verdiyi məlumata görə, bunu Rusiya Hərbi-Dəniz Donanmasının komandanı, admiral Viktor Çirkov deyib.

V. Çirkov bildirib ki, oyunlara maraq böyükdür: “Biz burada təkcə iştirakçıları yox, həm də müşahidəçiləri görürük. Onlar gələcəkdə yarışlarda iştirak etmək üçün bura gəliblər”.

Rusiya Hərbi-Dəniz Donanmasının komandanı bildirib ki, komandalar quruda və suda mürəkkəb tapşırıqlar yerinə yetirməlidir. Onun sözlərinə görə, yarış iştirakçıları bu işin öhdəsindən məharətlə gəlirlər.

Qeyd edək ki, yarışların əsas mükafatı katerdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR