Bakıda 8 otaqlı ev yanıb

Bakıda 8 otaqlı ev yanıb
# 17 iyul 2015 20:43 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın paytaxtın Səbail rayonunda vətəndaşa məxsus 360 kv.m olan ikimərtəbəli 8 otaqlı evdə baş verib. Nəticədə evin taxta konstruksiyalardan ibarət mansardı 120 kv.m sahədə və pilləkan qəfəsi 6 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR