Bakıda narkotik vasitə satan şəxslər saxlanılıb

Bakıda narkotik vasitə satan şəxslər saxlanılıb
# 25 yanvar 2016 10:33 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı şəhərində narkotik vasitə satan şəxslər saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Rövşən Kazımov və Fərid Səfərzadə 1 kiloqram marixuananı satarkən tutulublar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR