Bank Of Baku

Bu ay Elm və Təhsil Nazirliyinə 37 minə yaxın müraciət daxil olub

Bu ay Elm və Təhsil Nazirliyinə 37 minə yaxın müraciət daxil olub
# 17 oktyabr 2025 12:01 (UTC +04:00)

Oktyabrın 1-dən 15-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 36 950 vətəndaş müraciəti daxil olub.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Müraciətlərin 21 736-ı çağrı mərkəzləri, 6 806-sı elektron, 1 581-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 6 827 müraciət qeydə alınıb.

Müraciətlər şagirdlərin elektron yerdəyişməsi, xarici diplomların tanınması, əlavə təhsil, “Rəqəmsal məktəb” və digər məsələlərlə bağlı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR