Bank Of Baku

Emin Əmrullayev: Müəllimin işi 45 dəqiqədə şagirdlərə dərs çatdırmaqdır

Elm və təhsil naziri Emin Əmrullayev

© APA | Elm və təhsil naziri Emin Əmrullayev

# 05 oktyabr 2026 10:42 (UTC +04:00)

Təhsil bir adamın, bir müəllimin işi deyil.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Daha təhsilli gələcək” devizi ilə keçirilən Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumunda deyib.

O qeyd edib ki, təhsil sistemi özünütənqid mövqeyində olmalıdır:

“Bizim sistemimiz özünütənqid şəklində olmalıdır. Bu, vacib mövqedir. Təhsilin əlçatan və keyfiyyətli olmasını nəzərə almalıyıq. Təhsil hər bir vətəndaş üçün eyni səviyyədə əlçatan olmalıdır. PISA nəticələrinə baxdıqda Bakıda nəticələrin çox yüksəldiyini görürük. Burada müəllimlərimizin çox böyük əziyyəti var”.

Nazir bildirib ki, hər bir müəllim ona ayrılan 45 dəqiqə ərzində şagirdlərə çatdırmalı olduğu məsələləri müəyyən etməlidir:

“Hər bir müəllimin işi ona ayrılan 45 dəqiqədə şagirdlərə dərs çatdırmaqdır. Bunu necə çatdırmaq müzakirə mövzusu ola bilər. Amma müəllim də, məktəb də əmin olmalıdır ki, şagird burada dərs öyrənir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR