Bank Of Baku

Nazir müavini: Azərbaycanda təhsil sistemi müasir tələblərə cavab verən sistem qurmağa çalışır

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov

© APA | Elm və təhsil nazirinin müavini Firudin Qurbanov

# 28 oktyabr 2026 10:03 (UTC +04:00)

Təhsili olmayan və ya təhsil səviyyəsi aşağı olan insanları yanlış və zərərli istiqamətlərə yönəltmək daha asan olur. Müxtəlif manipulyasiyalar da buna şərait yaradır.

APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Ortaq gələcək naminə dialoq” mövzusunda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Mədəniyyətlərarası dialoq, təhsil və rəqəmsal transformasiya” mövzusunda sessiyada deyib.

Nazir müavini vurğulayıb ki, ünsiyyət və dialoq üçün şərait yaradılmalıdır.

“Əgər biz bütün dünyada həqiqi sülhə nail olmaq istəyiriksə, buna uşaqlardan başlamalıyıq. Çünki təhsil son dərəcə vacibdir. Müasir dünyada baş verən münaqişələrə və müharibələrə nəzər saldıqda bunun əhəmiyyətini daha aydın görürük”, – deyə o qeyd edib.

Firudin Qurbanov bildirib ki, Azərbaycanda təhsil sistemi də bu çağırışlara uyğunlaşmağa və müasir tələblərə cavab verən sistem qurmağa çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR