Azərbaycan prezidenti paraqvaylı həmkarını təbrik edib

Azərbaycan prezidenti paraqvaylı həmkarını təbrik edib
# 14 may 2016 13:56 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev paraqvaylı həmkarı Horasio Kartesi ölkəsinin milli bayramı münasibətilə təbrik edib.

APA-nın məlumatına görə, dövlət başçısının təbrik məktubunda deyilir:

“Paraqvay respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Belə bir əlamətdar gündə sizə ən xoş arzularımı yetirir, dost Paraqvay xalqına sülh və rifah diləyirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR