Azərbaycan prezidenti pakistanlı həmkarına başsağlığı verib

Azərbaycan prezidenti pakistanlı həmkarına başsağlığı verib
# 09 avqust 2016 09:27 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynə başsağlığı verib.

APA-nın məlumatına görə, başsağlığı məktubunda deyilir: "Kvetta şəhərində xəstəxanada törədilmiş terror aktı nəticəsində çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli terror aktından son dərəcə hiddətlənir, terrorizmə qarşı qətiyyətlə və ardıcıl mübarizə aparılmasını vacib hesab edirik.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Qeyd edək ki, partlayış nəticəsində 100-dək insan həlak olub, xeyli yaralı var. Terror aktına görə məsuliyyəti həm "Taliban", həm də İŞİD öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR