İran və Türkiyə arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair saziş imzalanıb

İran və Türkiyə arasında turizm sahəsində əməkdaşlığın inkişafına dair saziş imzalanıb
# 12 may 2016 22:14 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev-APA. İran və Türkiyə arasında turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsin dair saziş imzalanıb. APA-nın Tehran bürosunun məlumatına görə, İranın Mədəni İrs, Əl İşləri Sənayesi və Turizm Təşkilatının sədri və prezidentin müavini Məsud Sultanifər və Türkiyənin mədəniyyət və turizm naziri Mahir Onal ilə görüşüb.

Tərəflər turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər. Görüşdən sonra M. Sultanifər deyib ki, İran Türkiyə ilə turizm sahəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır. “İki ölkə arasında turizm sahəsində sənədin imzalandığı gün iki ölkənin əlaqələrində tarixi bir gün kimi yadda qalacaq. İki ölkə tərəfindən təşkil olunmuş müştərək komitələr davamlı iclaslar keçirməli və imzalanan sənədin icrasına çalışmalıdırlar. Biz Avropanın turizm sənayesində nüfuzlu ölkələrlə müzakirələr aparmışıq, lakin istəyirik ki, dost və qonşu olan Türkiyə üçün turizmin inkişafına dair yaxşı imkanlar yaradaq”.

M.Sultanifər deyib ki, hər iki ölkənin prezidentlərinin iradəsi turizm sahəsində sərmayə yatırılmasındadır: “İran Türkiyə investorlarına 10 hotelin tikintisi üçün lazımi icazəni verəcək. Hər iki ölkənin turistlərinin gediş-gəlişi üçün nəqliyyat məsələsi sahəsində yaxşı razılaşmalarımız olub”.

Türkiyənin mədəniyyət və turizm naziri Mahir Onal, öz növbəsində, İranın turizm sahəsində geniş potensiala malik olduğunu vurğulayıb və turizm sənayesinin inkişafı sahəsində geniş müzakirələr və razılıqların əldə olunduğunu deyib: “Ümid edirəm iki ölkənin turizm sahəsi daha da inkişaf edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR