FHN Novruz bayramında yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib

FHN Novruz bayramında yanğın təhlükəsizliyi ilə bağlı əhaliyə müraciət edib
# 29 fevral 2016 13:09 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinə riayət olunmasına dair əhaliyə müraciət edib.

FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, Novruz bayramı ilə əlaqədar keçirilən müxtəlif mərasimlərdə yanğın təhlükəsi ilə üzləşməmək üçün bir sıra təhlükəsizlik qaydalarına riayət olunmalıdır.

"Bayram tonqalının ətrafına yığışan azyaşlılar mütləq böyüklərin nəzarətində olmalı, tonqal elektrik naqili, ağac, avtomobil, ev və digər yanar materiallardan kənarda yandırılmalı, tam sönənədək nəzarətdə saxlanılmalıdir. Tonqal üzərindən atılarkən ehtiyatsızlıq geyimin alışmasına, bədənin xəsarət almasına səbəb ola bilər, yandırılan şamlar nəzarətsiz qalmamalıdır", - deyə müraciətdə qeyd olunur.

Təhlükə zamanı 112-yə zəng etmək tövsiyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR