FHN: Hazırda cənub bölgəsində suyun səviyyəsi aşağı düşüb, yağıntının miqdarı azalıb və təhlükə qalmayıb - VİDEO

FHN: Hazırda cənub bölgəsində suyun səviyyəsi aşağı düşüb, yağıntının miqdarı azalıb və təhlükə qalmayıb - <span style="color: red;">VİDEO
# 31 oktyabr 2015 14:23 (UTC +04:00)

FHN-nin Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, son günlər yağan intensiv yağışlar Cəlilabad, Masallı və Lənkəran rayonlarının ərazisində bəzi fəsadlar törədib. Belə ki, bu ərazidə yerləşən bəzi çaylarda suyun səviyyəsi qalxaraq müəyyən yerlərdə çökək əraziləri, bəzi fərdi yaşayış evləri və sahələri basıb.

Dərhal FHN-nin Mülki müdafiə qoşunlarının 38 nəfər zabit-gizir heyəti və 76 əsgəri, 13 ədəd texnikası, Xüsusi Riskli Xilasetmə Xidmətinin 21 nəfər şəxsi heyəti, 3 ədəd texnikası, Dövlət Sularda Xilasetmə Xidmətinin 15 nəfər şəxsi heyəti, 6 ədəd qayığı və Dövlət Yanğından Mühafizə Xidmətinin 20 nəfər şəxsi heyəti, 1 ədəd texnikası hadisə ərazisinə cəlb olunub, Cəlilabad rayonunda Əməliyyat qərargahı yaradılıb, rəhbər heyət bölgəyə ezam edilib. Görülmüş operativ tədbirlər nəticəsində Masallı rayonu, Təklə kəndində 68 evin sakini, Syobli kəndində 2 ailə (6 nəfər), Lənkəran rayonu, Qöyşaban kəndində 1 ailə (3 nəfər) təxliyyə edilib.

Göytəpə su anbarında suyun axınını tənzimləmək və yaranan təhlükəni aradan qaldırmaq üçün əlavə kanallar açılıb. Hazırda suyun səviyyəsi aşağı düşüb, yağıntının miqdarı azalıb və təhlükə qalmayıb.

Suçəkmə və digər təxirəsalınmaz işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR