Gəncədə Cavad xan anılıb

Gəncədə Cavad xan anılıb
# 04 yanvar 2016 14:56 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə Cavad xanın anım mərasimi keçirilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti başçısının I müavini Elnur Rzayev Cavad xanın keçdiyi həyat yolundan danışıb, onun Azərbaycan xalqının qürur mənbəyi olduğunu bildirib.

AMEA-nın Gəncə bölməsinin rəhbəri Fuad Əliyev və digər çıxış edənlər Cavad xanın şücaətindən söz açıblar. Məqbərəsi önünə toplaşan şəhər sakinləri Cavad xanın məzarına gül qoyaraq ehtiramlarını bildiriblər.

Qeyd edək ki, Cavad xanın qəhrəmanlığı Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri hesab edilir. 1786-cı ildən 1804-cü ilə qədər Gəncəni idarə edən Cavad xan general Pavel Sisianovun ordusunun mühasirəsində bir aydan artıq qalaraq Gəncəni işğalçılara təslim etməmək üçün qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR