Türkiyə tankları Suriyaya daxil olub

Türkiyə tankları Suriyaya daxil olub
# 24 avqust 2016 10:26 (UTC +04:00)

Bakı - APA. Türkiyə Quru Qüvvələrinə məxsus tanklar yerli vaxtla saat 11.07-də sərhəddən Suriya ərazisinə keçib.

APA-nın "Hürriyet"ə istinadən verdiyi məlumata görə, tanklar İŞİD terrorçularının mövqelərinə zərbə endirməyə başlayıb. Əməliyyatda təxminən 20 tankın iştirak etdiyi bildirilir.

Türkiyə Hava Qüvvələrinə məxsus "F-16" bombardmançı təyyarələri də İŞİD-i havadan bombalayır. Bombardmana qatılan təyyarələrin sayı son saatlarda artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR