Bakı-APA. İzmirin Bayandır rayonu qumbaraatanlardan atəşə tutulub.
APA-nın “Milliyet”-ə istinadən məlumatına görə, mərmilərdən biri Dövlət Xəstəxanası və Təhlükəsizlik İdarəsinin binası arasındakı əraziyə düşüb. İnsident nəticəsində zərərçəkən olmayıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda cinayətkarların tutulması istiqamətində geniş miqyaslı əməliyyat aparılır. İlkin ehtimala əsasən, terrorçuların hədəfində Təhlükəsizlik İdarəsi olub.