Azərbaycanın yanvar-fevral aylarında xam neftin ixracından əldə etdiyi gəlir açıqlanıb

Azərbaycanın yanvar-fevral aylarında xam neftin ixracından əldə etdiyi gəlir açıqlanıb
# 18 mart 2016 09:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Dövlət Gömrük Komitəsi bu ilin yanvar-fevral aylarında xam neft və neft məhsullarının ixracı haqqında məlumatları açıqlayıb.

"APA-Economics" komitənin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2016-cı ilin yanvar-fevral ayları ərzində gömrük bəyannamələri əsasında 940 mln. 495,11 min ABŞ dolları dəyərində 3 mln. 735 min 594,62 ton xam neft ixrac olunub ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 16,27%, məbləğ dəyərində isə 48,49% azdır.

Ötən iki ay ərzində 62 mln. 999,69 min dollar dəyərində 333 min 557,18 ton həcmində neft məhsulları ixrac edilib. Bu, 2015-ci ilin yanvar-fevral ayları ilə müqayisədə 11,72% azdır. Məbləğ dəyərində isə bu rəqəm 48,42% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR