Cəlilabadda piyadanı vurub qaçan sürücü tutulub

Cəlilabadda piyadanı vurub qaçan sürücü tutulub
# 23 sentyabr 2016 08:09 (UTC +04:00)

Cəlilabad. Ağəddin Babayev - APA. Cəlilabad rayonunda piyadanı vurararaq hadisə yerindən qaçan sürücü saxlanılıb. Cəlilabad Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "VAZ-2106" markalı minik avtomobilinin sürücüsü, Cəlilabad rayonun Fərzili kənd sakini, 1987-ci il təvəllüdlü Anar Ümidvar oğlu Şükürov tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, hadisə srağagün axşam saatlarında Cəlilabad şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb. “VAZ-2106” markalı minik avtomobili yolu keçmək istəyən piyada, rayonun Astanlı kənd sakini, 48 yaşlı Nadir Məmmədovu vurub. Piyada aldığı çoxsaylı bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib. Sürücü isə qəzadan sonra hadisə yerindən qaçıb.

Faktla bağlı Cəlilabad RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR