Əbülfəs Qarayev Şəkidə vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Şəkidə vətəndaşları qəbul edəcək
# 12 avqust 2016 12:01 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev avqustun 19-da Şəkidə vətəndaşları qəbul edəcək.

Nazirliyin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, qəbulda Şəki şəhəri, Balakən, Qax, Oğuz və Zaqatala rayonlarından olan vətəndaşlar iştirak edəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyənlər qeyd olunan rayon mədəniyyət və turizm şöbələri ilə də əlaqə saxlaya bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR