Nazir Şahin Mustafayev Belarus səfiri ilə görüşüb - FOTO

Nazir Şahin Mustafayev Belarus səfiri ilə görüşüb - <span style="color: red;">FOTO
# 24 iyul 2015 12:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Belarusun fövqəladə və səlahiyyətli səfiri Nikolay Patskeviçlə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Azərbaycan və Belarus arasında müxtəlif sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi, əməkdaşlığın genişləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb.

Ş. Mustafayev ölkələr arasında əlaqələrin inkişafında səfir N. Patskeviçin səmərəli fəaliyyətini qeyd edib, göstərdiyi səylərə görə təşəkkür edib, gələcək fəaliyyətində uğurlar arzulayıb. O qeyd edib ki, N. Patskeviçin Belarusun ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri işlədiyi illər ərzində Belarus ilə əlaqələr daha da genişlənib.

Görüşdə iki ölkə arasında kənd təsərrüfatı, sənaye, investisiya, əczaçılıq, elmi-texniki, maşınqayırma və neft maşınqayırması avadanlıqlarının birgə istehsalı müəssisələrinin yaradılması sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar diqqətə çatdırılıb.

N. Paskeviç Azərbaycanın iqtisadi inkişafından məmnunluğunu bildirib, ölkəsinin Azərbaycanla əməkdaşlığa önəm verdiyini, qarşılıqlı əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR