Gəncə sakini göldə boğulub - VİDEO

Gəncə sakini göldə boğulub - <span style="color: red;">VİDEO
# 04 sentyabr 2015 17:43 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə sakini Göygöl rayonunda göldə boğulub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qızılca kəndi ərazisində yerləşən göldə qeydə alınıb. Gəncə şəhər sakini, 1997-ci il təvəllüdlü Kamran Sabir oğlu İsayev göldə çimərkən boğulub. Mərhumun cəsədi göldən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR