Böyük Britaniyanın yeni parlament üzvlərinə Azərbaycandakı məcburi köçkünlərin həyatını əks etdirən təbrik açıqcaları göndərilib - FOTO

Böyük Britaniyanın yeni parlament üzvlərinə Azərbaycandakı məcburi köçkünlərin həyatını əks etdirən təbrik açıqcaları göndərilib - <span style="color: red;">FOTO
# 21 may 2015 14:06 (UTC +04:00)

Avropa Azərbaycan Cəmiyyətindən APA-ya verilən xəbərə görə, Bakının Pirşağa qəsəbəsindəki qaçqın və məcburi köçkünlərin məskunlaşdığı keçmiş “Qızılqum” sanatoriyasında anadan olmuş 10 yaşlı Nəzrin Xanlarovanın fotosunu əks etdirən təbrik açıqcalarında deyilir: “Mən 1 milyon qaçqın və məcburi köçkün olan azərbaycanlı həmvətənlərim adından sizi millət vəkili seçilməyiniz münasibətilə təbrik edir və sizə Parlamentdə xoş anlar (“Many Happy Returns”) arzulayıram”.

“Many Happy Returns” kampaniyası Avropa Azərbaycan Cəmiyyətinin nəzərəçarpan layihələrindən biridir. Davamlı şəkildə fəaliyyət göstərən bu yeni internet layihəsinin konsepsiyasına uyğun olaraq, Böyük Britaniya parlamentinin hər bir üzvünə ad günü münasibətilə təbrik açıqcası göndərilir. Hər bir açıqcada 1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkününün hər birinin şəxsi ismarıcı yer alıb. Açıqcalar insanların öz doğma yurd-yuvalarına qayıtmaq istəyini bildirən “Many Happy Returns” adlı adi ingilis təbrikləridir. Hər bir açıqcada tanınmış alman fotoqrafı Filip Ratmer tərəfindən üç düşərgədə çəkilmiş məcburi köçkünlərin fotoşəkli yerləşdirilib. Açıqca sahibləri MHR veb-saytında münaqişənin tarixi haqqında informasiyanı qrafik hekayə şəklində əldə edə və öz dəstəyini bildirə bilərlər. Həmçinin, onlar erməni təcavüzü barəsində müxtəlif ictimai xadimlərin də fikrini öyrənə bilərlər.

“Many Happy Returns” kampaniyası haqqında daha ətraflı məlumat və kampaniyaya dəstək vermək üçün aşağıdakı keçidi ziyarət edə bilərsiniz: www.manyhappyreturnsidp.com.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR