Hacıqabulda qayınları tərəfindən döyülən şəxs ağır xəsarət alıb

Hacıqabulda qayınları tərəfindən döyülən şəxs ağır xəsarət alıb
# 24 avqust 2017 06:53 (UTC +04:00)

Hacıqabulda 34 yaşlı kişi döyülüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul rayonu Axtaçı-Meyniman kənd sakini, 1983-cü il təvəllüdlü Qəmbərov Əliislam Ələddin oğlu ilə qayınları arasında mübahisə düşüb. Nəticədə qayınları onu möhkəm döyüblər. Ə Qəmbərov baş və digər nahiyələrindən ağır xəsarətlər alıb. Həmin şəxs xəstəxanaya çatdırılıb.

Faktla bağlı Hacıqabul rayon Polis Şöbəsi tərəfindən tədqiqat aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR