Azərbaycan prezidenti Kuba səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB

Azərbaycan prezidenti Kuba səfirinin etimadnaməsini qəbul edib - <span style="color: red;">YENİLƏNİB
# 07 dekabr 2016 09:56 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Kuba Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondonun etimadnaməsini qəbul edib.

APA-nın məlumatına görə, səfir Alfredo Nieves Portuondo fəxri qarovul dəstəsinin qarşısından keçib.

Alfredo Nieves Portuondo etimadnaməsini prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan prezidenti İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Kuba inqilabının rəhbəri Fidel Kastronun vəfatı ilə bağlı bir daha Azərbaycan xalqı adından başsağlığı verib və bu hadisənin ölkəmizdə dərin kədər hissi ilə qarşılandığını bildirib. Azərbaycanda Fidel Kastroya böyük rəğbət bəsləndiyini bildirən Prezident İlham Əliyev Kuba xalqının bu dərin hüzn günlərində Kuba inqilabının rəhbərinin xatirəsinə göstərdiyi hörməti həmrəylik hissinin nümayişi kimi dəyərləndirib.

Bu gün ölkələrimiz arasında siyasi, humanitar, idman sahələrində artıq yaxşı münasibətlərin formatının qurulduğunu vurğulayan dövlət başçısı Azərbaycanın Kuba ilə iqtisadi əlaqələrin və ticarət dövriyyəsinin artırılmasında və eləcə də səhiyyə sahəsində əməkdaşlıqda maraqlı olduğunu deyib. Prezident İlham Əliyev qeyd edib ki, turizm sahəsində də əməkdaşlıq üçün yaxşı potensial mövcuddur: “Kubada turizm biznesi çox fəal inkişaf edir və artıq bir çox Azərbaycan vətəndaşları Kubaya səfər edir, istirahətə gedir. Biz istəyirik ki, kubalılar da ölkəmizə gəlsin və Azərbaycanla yaxından tanış olsunlar”.

Prezident İlham Əliyev səfirə fəaliyyətində uğurlar arzulayıb.

Səfir Alfredo Nieves Portuondo Kuba inqilabının lideri Fidel Kastronun vəfatı ilə bağlı başsağlığına, onun xatirəsinə göstərilən ehtirama və Kuba xalqı haqqında deyilən xoş sözlərə görə minnətdarlığını bildirib. Ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin inkişaf etdirilməsinin önəminə toxunan səfir bunun üçün yaxşı imkanların olduğunu vurğulayıb. O, Azərbaycan prezidentini əmin edib ki, diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin inkişafı üçün səylərini əsirgəməyəcək.

*** 10.43

Prezident İlham Əliyev dekabrın 7-də Kuba Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alfredo Nieves Portuondonun etimadnaməsini qəbul edib.

APA-nın xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR