Azərbaycanın müdafiə naziri Çexiyada beynəlxalq konfransda iştirak edib

Azərbaycanın müdafiə naziri Çexiyada beynəlxalq konfransda iştirak edib
# 21 oktyabr 2016 10:02 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Çexiya Respublikasında keçirilən "Gələcək Qüvvələr Forumu 2016"nın son günündə təşkil olunan beynəlxalq konfransda iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müxtəlif sahələrdən olan mütəxəssislərin də iştirak etdiyi konfransda son texnoloji nailiyyətlər, müasir tədqiqatların nəticələri, inkişaf perspektivləri, gələcəkdə keçirilə biləcək hərbi əməliyyatlar və təhlükəsizlik tədbirləri, həmçinin kibertəhlükəsizlik, təhdidlər və çağırışlara dair məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR