Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi artıb

Azərbaycanda dövlət xətti ilə ipoteka kreditləşməsi artıb
# 31 yanvar 2020 16:06 (UTC +04:00)

Azərbaycanda dövlət xətti ilə verilmiş ipoteka kreditlərinin məbləği aylıq 0,4% və ya 5 769 min manat artaraq bu il yanvarın 31-nə 1 396 077 min manat təşkil edib.

"APA-Economics"in Azərbaycan İpoteka və Kredit Zəmanət Fonduna istinadən verdiyi məlumata görə, dövlət xətti ilə verilən ipoteka kreditlərinin sayı da aylıq 105 ədəd artaraq 27 975-ə çatıb.

Zəmanət verilmiş kreditlərin məbləği də hesabat dövründə 69 724 min manat təşkil dib.

Bildirək ki, hazırda Fondun 718 166 002 manatlıq istiqrazı dövriyyədədir.

Qeyd edək ki, hazırda maksimal 150 min manat olan ipoteka kreditləri maksimal 25 il müddətinə 15% minimal ilkin ödənişlə, maksimal 100 min manat olan güzəştli ipoteka kreditləri isə 10% minimal ilkin ödənişlə maksimal 30 il müddətinə verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR