Ucarda iki avtomobilin arasında qalan sürücü xəsarət alıb

Ucarda iki avtomobilin arasında qalan sürücü xəsarət alıb
# 02 fevral 2017 11:57 (UTC +04:00)

Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə saat 12 radələrində Ucar şəhərinin mərkəzi küçəsində qeydə alınıb. Məhəmməd İnqilab oğlu Əzizovun idarə etdiyi "VAZ-2106" markalı maşın Mirisa Bayram oğlu Əhmədovun yol kənarında saxladığı "VAZ-2107" markalı avtomobilinə çırpılıb. Nəticədə 2 avtomobilin arasında qalan "VAZ-2107"-nin sürücüsü M. Əhmədov müxtəlif xəsarətlər alaraq Ucar Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Məlumata görə, hadisəni törədən M. Əzizov Ucar Mərkəzi Rayon Xəstəxanasının mühafizə xidmətinin əməkdaşıdır. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR