Bank Of Baku

Nazirlik səs yazısı yayılan direktorla bağlı açıqlama verib

Təhsil Nazirliyi

© APA | Təhsil Nazirliyi

# 14 fevral 2022 17:55 (UTC +04:00)

Təhsil Nazirliyi bir müddət əvvəl rüşvət istəməsi ilə bağlı səs yazısı yayılan Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru barədə açıqlama verib.

Nazirlikdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ağstafa rayonu Aşağı Kəsəmən kənd tam orta məktəbin direktoru Mətanət Məmmədova səhhəti ilə əlaqədar olaraq müvəqqəti işə gəlmir.

"İşə qayıtdıqdan sonra barəsində qərar veriləcək" - deyə xəbərdə bildirilib.

Qeyd edək ki, məktəb direktoru Mətanət Məmmədova səs yazısında müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edib. Müəllim isə pulu vermək üçün imkanının olmadığını bildirib. Daha sonra direktor müəllimi otaqdan qovaraq, məsələ barədə danışacağı təqdirdə başına oyun açacağı ilə hədələyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR