Lavrov: "Qeyri-kommersiya təşkilatlarımız MDB-də Avrasiya inteqrasiyasının təşviqinə yardım etməlidir"

Lavrov: "Qeyri-kommersiya təşkilatlarımız MDB-də Avrasiya inteqrasiyasının təşviqinə yardım etməlidir"
# 27 oktyabr 2017 12:19 (UTC +04:00)

"Rusiyanın qeyri-kommersiya təşkilatları MDB məkanında Avrasiya inteqrasiyası ideyasının təşviqinə yardım etməlidir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün XİN yanında Rusiya Federasiyası subyektlərinin başçıları Şurasının iclasında bildirib.


S. Lavrov Rusiyanın bəzi qeyri-kommersiya təşkilatlarının xaricdə filiallarının açılmasını təklif edib: "Hesab edirəm ki, bizim ümumi vəzifəmiz xaricdə yerli regional təşkilatların, Rusiya Xalqlar Assambleyası kimi böyük ümumrusiya qeyri-kommersiya strukturlarının filiallarının mövcudluğunu genişləndirməkdir. Səylərimiz sırasında MDB məkanında Avrasiya inteqrasiyası ideyasının inkişafı da var. Qeyri-kommersiya təşkilatlarının xətti ilə qonşu ölkələrlə, MDB və Avrasiya İqtisadi Birliyi dövlətləri ilə daha fəal işləməyi vacib hesab edirəm. Məlumdur ki, vətəndaş cəmiyyəti xətti ilə dialoq əlaqələrimizin möhkəmlənməsi baxımından vacib məsələdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR