Sumqayıtda icra nümayəndəliyinin binasında yanğın olub

Sumqayıtda icra nümayəndəliyinin binasında yanğın olub
# 19 mart 2020 11:22 (UTC +04:00)

Sumqayıtda icra nümayəndəliyinin binasında yanğın olub.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, şəhərin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 150 m² olan qəsəbə icra nümayəndəliyinin yerləşdiyi birmərtəbəli, taxta konstruksiyalardan ibarət binanın tavanı və çardağı 80 m² sahədə yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR