Bank Of Baku

Beyləqanda keçmiş məhkumdan tapança və narkotik götürülüb

Beyləqanda keçmiş məhkumdan tapança və narkotik götürülüb
# 01 fevral 2022 11:05 (UTC +04:00)

Beyləqan rayon sakinindən qanusuz saxladığı silah və narkotik vasitə aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Rahib Məmmədovun idarə etdiyi avtomobil saxlanılıb. Avtomobilə baxış keçirilən zaman 1 ədəd atəşə yararlı “Makarov” markalı tapança, tapançaya məxsus 1 ədəd sandıqça və 3 ədəd patron, eləcə də 1 ədəd sellofan torbacıqda qablaşdırılmış narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılaraq istintaq aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR