Misirdə məscidə hücum etmiş 15 silahlı məhv edilib

Misirdə məscidə hücum etmiş 15 silahlı məhv edilib
# 24 noyabr 2017 17:18 (UTC +04:00)

Misirin Sinay yarımadasında məscidə hücum etmiş 15 silahlı məhv edilib.

APA-nın xəbərinə görə, bu barədə “SkyNews Arabia” telekanalı məlumat verib.

Məlumata əsasən, pilotsuz uçan aparatlar səhra ərazisində silahlıların olduğu iki avtomobilə hava zərbələri endirib. Zərbələr nəticəsində azı 15 silahlının məhv edildiyi bildirilir.

Qeyd edək ki, Misirin Sinay yarımadasında məsciddə törədilən partlayış nəticəsində 235 nəfər ölüb, 100-dən çoxu yaralanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR