Sabah Hacıqabulun və Şamaxının bəzi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq

Sabah Hacıqabulun və Şamaxının bəzi kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq
# 10 avqust 2015 14:03 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Avqustun 11-də saat 10:00-dan 18:00-dək “Qaz İxrac” İdarəsinin Hacıqabul Magistral qaz kəmərləri sahəsinin “Çuxuryurd” Qazpaylama stansiyasında və bəzi ölçü qovşaqlarında carı təmir işləri aparılacaq.

Bu barədə “APA-Economics”ə SOCAR-dan məlumat verilib.

Təmir müddətində Şamaxı rayonunun Çuxuryurd və Sabir qəsəbələrinin, eləcə də rayonun Çaylı, Həmyə, Əcəxuram, Məlhəm, Nəsimi, Nağaraxana, Y. Məmmədəliyev, Cabanı və Cabanı-2 kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR