Bakıda AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elektron Kitabxanasının və Elmi Tədqiqatlar Mərkəzinin açılışı olub

Bakıda AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elektron Kitabxanasının və Elmi Tədqiqatlar Mərkəzinin açılışı olub
# 04 dekabr 2014 09:53 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün Bakıda AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elektron Kitabxanasının və Elmi Tədqiqatlar Mərkəzinin açılışı olub.

"APA-Economics" xəbər verir ki, tədbirdə AMEA prezidenti Akif Əlizadə, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, təhsil naziri Mikayıl Cabbarov, AMEA-nın vitse-prezidentləri akademik İbrahim Quliyev və akademik İsa Həbibbəyli, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Azərbaycan Prezidenti yanında Elmin İnkişaf Fondunun icraçı direktoru Elçin Babayev iştirak ediblər.

R. Əliquliyev bildirib ki, İKT biliklərinin əldə edilməsi, informatikanın tədrisi məsələlərinin təşkili istiqamətində görülən işlər, dövrün tələblərinə cavab verən gənc kadrların hazırlanması, innovativ tədrisin təşkili, milli kadr hazırlığı siyasətinin həyata keçirilməsi istiqamətində məqsədyönlü işlər aparılır.

Qeyd edilib ki, kitabxananın təhlükəsizliyinin təmin olunması, resursların identifikasiyası, oxucuların özünəxidməti həyata keçirə bilməsi üçün Mərkəzdə 3M texnologiyasından istifadə olunur. Burada sifarişlərin idarə olunması, oxuculara xidmətin həyata keçirilməsi, müxtəlif tərkibli hesabatların hazırlanması məqsədilə Avropanın bir sıra ali məktəb və elmi təşkilatlarında uğurla istifadə olunan "Exlibris" şirkətinin Alephino Kitabxana İdarəetmə Sistemi tətbiq olunur. Resursların təsnifatı və predmetləşdirilməsi ABŞ Konqres Kitabxanasının təsnifat sistemi ilə həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR