Türkiyədə 1915-ci il hadisələri ilə bağlı sənədli film çəkiləcək

Türkiyədə 1915-ci il hadisələri ilə bağlı sənədli film çəkiləcək
# 08 dekabr 2014 14:42 (UTC +04:00)

Bu barədə APA-ya Tələt Paşa Komitəsindən məlumat verilib.

Sənədli filmin ssenarisini İşçi Partiyası və Tələt Paşa Komitəsi hazırlayıb. İstanbul Universitetinin müəllimi Mehmet Perinçəkin baş məsləhətçisi olduğu sənədli filmin yayım-məşvərət şurasına İşçi Partiyası və Tələt Paşa Komitəsinin idarəçilərindən başqa, uzun illərdən bəri “soyqırım” böhtanlarına qarşı mübarizə aparmış Türkiyənin Vaşinqtondakı keçmiş səfirləri Şükrü Ələkdağ, Nüzhət Kandemir kimi təcrübəli diplomatlar da daxil da edilib.

Türk Tarix Qurumunun keçmiş başqanı, MHP Kayseri millət vəkili, professor Yusuf Halaçoğlu sənədli filmdə iştirak etmək barədə təklifi müsbət qarşılayıb. “Bundan çox məmnun olduq, çünki professor Halaçoğlu “soyqırım” böhtanlarına qarşı arxiv sənədləriylə ən obyektiv şəkildə mübarizə aparan alim və siyasətçidir”, - deyə Tələt Paşa Komitəsindəki mənbə deyib.

Sənədli filmdə əcnəbi elm adamlarının da çıxış etmələri planlaşdırılıb ki, Ankaradakı Bilkənt Universitetinin ingiltərəli professoru Norman Stone onlardan biri olacaq.

Tələt Paşa Komitəsindəki mənbə 1915-ci il hadisələrinə həsr edilmiş sənədli filmdə Qars, İğdır, Ərzurum bölgəsindən şahidlərin də danışdırılacağını söyləyib: “Erməni irqçiliyinin separatçı və terrorçu aksiyalarının tarixi XİX əsrin ortalarına qədər gedib çıxır. Sənədli filmdə bunlar ətraflı şəkildə işıqlandırılacaq. Keçən əsrin 70-80-ci illərində türk diplomatlarını şəhid edən erməni irqçi terroru “soyuq savaş” bitər-bitməz Xocalıda Azərbaycan türklərinə qarşı soyqırım törədərək Azərbaycan torpaqlarının 20%-ni işğal edib. Filmdə erməni irqçi terrorunun qanlı aksiyası olan Xocalı soyqırımına ayrıca yer veriləcək”.

Sənədli filmin gələn ilin fevralında yayıma hazır olması və 2 ay boyunca Türkiyə ilə yanaşı, Avropa ölkələrində də göstərilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR