Bank Of Baku

Azərbaycanda 61 su elektrik stansiyası tikiləcək

Azərbaycanda 61 su elektrik stansiyası tikiləcək
# 14 dekabr 2009 13:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda çaylar, irriqasiya kanalları və su anbarları üzərində 61 kiçik su elektrik stansiyasının tikintisi nəzərdə tutulur. Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyindən məlumat verilib.

Bu stansiyalarda ildə ümumilikdə 3,2 mlrd. kVt/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır.

Nazirlikdən bildirilib ki, BMT-nin İnkişaf Proqramı ilə birlikdə Azərbaycanda həyata keçirilən «Kiçik Su Elektrik Stansiyalarına texniki yardım Layihəsi» çərçivəsində bölgələrdə bir neçə pilot SES-in tikintisi planlaşdırılır. Layihənin həyata keçirilməsi üçün 4 sahə – Şirvan irriqasiya kanalı, Nügədi-Qaraçay, Qusarçay və Katexçay seçilib.

Qeyd edək ki, Azərbaycan enerji sistemində su elektrik stansiyalarının qoyuluş gücünün ümumi çəkisi 16%, istehsal olunan elektrik enerjisinin miqdarı isə 12%-ə (2,4 mlrd. kVt/saat) yaxındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR