Bakıda özünü binanın damından atmaq istəyən 20 yaşlı qızın kimliyi və intihar cəhdinin səbəbi məlum olub - FOTO - YENİLƏNİB 1 - VİDEO

Bakıda özünü binanın damından atmaq istəyən 20 yaşlı qızın kimliyi və intihar cəhdinin səbəbi məlum olub - <span style="color: red;">FOTO  - <span style="color: red;">YENİLƏNİB 1  - <span style="color: red;">VİDEO
# 17 mart 2014 16:17 (UTC +04:00)

APA-nın əldə etdiyi məlumata görə, həmin şəxs 1994-cü il təvəllüdlü Bəturə Məlikovadır.

Onun sevgilisi ilə aralarında olan münasibətə görə intihar etmək istədiyi bildirilir.

***

saat 18:53

Bakı. Fuad Cəfərov - APA. Bakıda çoxmərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyən qadın fikrindən daşındırılıb.


APA-nın hadisə yerindən olan əməkdaşının verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının apardığı söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və naməlim qadın aşağı endirilib.

***

saat 18:21

Bakı. Fuad Cəfərov - APA. Bakıda bir nəfər çoxmərtəbəli binanın damına çıxaraq özünü atmaq istəyir.

Nəsimi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, şəxsiyyəti məlum olmayan qadın özünü Fikrət Əmirov küçəsi 1 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının damından atacağını bildirir.

Hazırda Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və hüquq-mühafizə orqanları hadisə yerindədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR