Azərbaycanda apreldə sığorta müqavilələrinin sayı 17%, sığorta haqlarının məbləği 19% azalıb

Azərbaycanda apreldə sığorta müqavilələrinin sayı 17%, sığorta haqlarının məbləği 19% azalıb
# 02 may 2014 07:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin aprel ayında Azərbaycanda 94,952 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.

İcbari Sığorta Bürosundan (İSB) “APA-Economics”ə verilən məlumata görə, bunların 17 minə yaxın xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,7 mln. manatdan çox olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 16,9%, sığorta haqlarının məbləğində 18,9% azalma müşahidə edilib.

Bu ilin aprel ayında orta sığorta haqqı 71,3 manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,75 manat azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR