Tikinti şirkətinin vəzifəli şəxslərinin məhkəməsi başlayıb

Tikinti şirkətinin vəzifəli şəxslərinin məhkəməsi başlayıb
# 17 mart 2014 09:58 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Əzizbəy-KM" MMC-nin vəzifəli şəxslərinin barəsində olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası isə martın 28-nə təyin edilib.

Qeyd edək ki, Bakı şəhərində fəaliyyət göstərən "Əzizbəy-KM” MMC-nin təsisçisi Fuad Mirzəyev və cəmiyyətin direktoru Akif Bağırov qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək inşa edilmiş yaşayış binasındakı 18 mənzili və 2 qeyri-yaşayış sahəsini aldatma yolu ilə təkrarən ayrı-ayrı vətəndaşlara saxta müqavilələr əsasında satmaqla ümumilikdə 1 milyon 43 min 584 manat məbləğində pul vəsaitini ələ keçirməkdə ittiham olunurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR