Şəkidə “KamAZ” aşıb, xəsarət alanlar var - VİDEO

Şəkidə “KamAZ” aşıb, xəsarət alanlar var - <span style="color: red;">VİDEO
# 15 iyun 2014 09:47 (UTC +04:00)

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, qəza Şəki-Oğuz magistral yolunun Şəki rayonu Aşağı Küncüt kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Göyçay rayon sakini, 1987-ci il təvəllüdlü Fərid Fuad oğlu Mahmudovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Qəza nəticəsində sürücü Fərid Mahmudov və sərnişin, Göyçay rayon sakini, 1957-ci il təvəllüdlü Knyaz Hacı oğlu Dəmirov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yük avtomobili deformasiyaya uğramasından xəsarət alan Knyaz Dəmirovu avtomobildən çıxarmaq üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi (FHN) Şəki rayon Dövlət Yanğından Mühafizə Hissəsindən müvafiq xilasetmə qüvvələri cəlb edilib.

Təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən çıxarılan K. Dəmirov və F. Mahmudov Şəki Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdiriliblər.

Şəki RMX-dan APA-ya verilən məlumata görə, K. Dəmirovun vəziyyəti orta-ağır, F. Mahmudovun vəziyyəti isə orta stabil qiymətlənir, müalicələri xəstəxanada davam etdirilir.

Faktla bağlı Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində cinayət işi başlayıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR