Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadiyyat və sənaye naziri Ağdamda vətəndaşları qəbul edəcək.
Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, iyunun 11-də iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Ağdamda Ağcabədi, Xocavənd və Ağdam rayonlarından olan vətəndaşları qəbul edəcək.
Qəbul saat 11:00-dan etibarən Ağdam Olimpiya İdman Kompleksində (Ünvan: Ağdam rayonu, Quzanlı qəsəbəsi) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyata alınmaları üçün nazirliyin [email protected] elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), nazirliyin 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin, nazirliyin Yuxarı Qarabağ regional bölməsi (Ünvan: Ünvan: Füzuli rayonu, Horadiz şəhəri, əlaqələndirici şəxs Aslan Aslanov, əlaqə telefonu: (050) 235-01-06, (02631) 5-50-01, faks: (02631) 5-50-01, elektron poçt ünvanı: [email protected]) vasitəsilə müraciət edə bilərlər.