İranda minik avtomobili dərəyə yuvarlanıb, 5 nəfər ölüb

İranda minik avtomobili dərəyə yuvarlanıb, 5 nəfər ölüb
# 20 iyun 2014 07:57 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranda ağır yol qəzası baş verib.

APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, hadisə iyunun 19-da axşam saatlarında İranın Gülüstan vilayətində Qorqan-Şahrud yolunun 22-ci kilometrliyində olub.

Belə ki, Şahruddan Qorqana hərəkət edən minik avtomobilinin yoldan çıxaraq dərəyə yuvarlanması nəticəsində 5 nəfər ölüb. Hadisəyə yüksək sürətin səbəb olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR