Azərbaycanda sudan qanunsuz istifadə cinayət məsuliyyəti yaradacaq

Azərbaycanda sudan qanunsuz istifadə cinayət məsuliyyəti yaradacaq
# 28 may 2014 09:09 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda təbii qaz, elektrik və ya istilik enerjisi ilə yanaşı, suyun qanunsuz istifadəsi də cinayət məsuliyyəti daşıyacaq. Milli Məclisdən APA-ya verilən məlumata görə, Azərbaycan prezidenti tərəfindən bununla bağlı Cinayət Məcəlləsinin 189-1. maddəsinə dəyişiklik təklif edilir.

Dəyişikliyə əsasən təbii qaz, elektrik və ya istilik şəbəkələri ilə yanaşı, su təchizatı sisteminə də qanunsuz qoşulmaqla bu enerji resurslarının talanması min manatdan 3 min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri ilə cəzalandırılacaq.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 30-da müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR