İranın birinci vitse-prezidenti ilə Suriyanın baş naziri arasında görüş keçirilib

İranın birinci vitse-prezidenti ilə Suriyanın baş naziri arasında görüş keçirilib
# 30 noyabr 2013 21:03 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İranda səfərdə olan Suriyanın baş naziri Vail əl-Xaliqi bu ölkənin birinci vitse-prezidenti İshaq Cahangiri ilə görüşüb. APA-nın İran mətbuatına istinadən verdiyi xəbərə görə, Səədabad Sarayında keçirilən görüşdə iki ölkə arasında əlaqələrin daha da inkişaf etdirilməsi, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə Suriya böhranı əsas müzakirə mövzusu olub.

İranın vitse-prezidenti bildirib ki, terrorçular və xarici hücumlar qarşısında Suriya hökuməti və xalqının dəstəklənməsi İranın əsas siyasətidir: “Suriyadakı böhran yalnız dialoq və konsensus yolu ilə həll edilə bilər. Suriya xalqının öz müqəddəratını təyin etmək hüququ var. Heç kim onlara ölkəni necə idarə etməyi və ya hansı namizədi seçməyi deyə bilməz”.

Suriyanın baş naziri də öz növbəsində Cenevrə razılaşmasına görə İran xalqını təbrik edib, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın daha da inkişafının zəruri olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR