TQDK orta məktəblərin V siniflərində keçirilən monitorinq imtahanlarının nəticələrini iyun ayında elan edəcək

TQDK orta məktəblərin V siniflərində keçirilən monitorinq imtahanlarının nəticələrini iyun ayında elan edəcək
# 07 may 2013 11:32 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycanın orta məktəblərinin V siniflərində keçirilən monitorinq imtahanlarının nəticələrini iyun ayında elan edəcək.

APA-nın xəbərinə görə, bunu TQDK sədri Məleykə Abbaszadə jurnalistlərə açıqlamasında deyib. Komissiya sədri bildirib ki, nəticələr elan olunduqdan sonra Təhsil Nazirliyinə təqdim ediləcək: “İmtahandan sonra həmin yazı işlərini yoxlamaq üçün “marker” adlanan müəllimlər hazırlanıb. Bu proses, kitabçaların yoxlanması isə bir günün işi deyil. Minlərlə şagird bu imtahanlarda iştirak edib. Ona görə də nəticələrin yoxlaması prosesi heç olmasa 1 ay çəkəcək”.

TQDK sədri qeyd edib ki, bütün ölkə üzrə keçirilən imtahanlar başa çatdıqdan sonra həm XI, həm də IX siniflər üzrə nəticələri Təhsil Nazirliyinə təqdim ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR