Azərbaycan İpoteka Fondunun yeni istiqraz buraxılışının ilk tranşı yerləşdirilib

Azərbaycan İpoteka Fondunun yeni istiqraz buraxılışının ilk tranşı yerləşdirilib
# 14 oktyabr 2013 11:43 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondunun ümumi həcmi 20 mln. manat təşkil edən, AZ2007008686 seriyalı faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının yeni emissiyasının yerləşdirilməsinə başlanılıb. «APA-Economics»in xəbər verdiyi kimi, hərracda 5 mln. manatlıq tranş yerləşdirilib.

Qeyd edək ki, bu istiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2023-cü il avqustun 23-də yerinə yetiriləcək. İstiqrazların hər birinin nominal dəyəri 1 000 manat, istiqrazlar üzrə gəlirlik isə illik 3% təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR