“Azərbaycan Sənaye Bankı”nda istehlak kreditlərinin həcmi azalıb

“Azərbaycan Sənaye Bankı”nda istehlak kreditlərinin həcmi azalıb
# 25 aprel 2014 12:34 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. “Azərbaycan Sənaye Bankı” ın aktivlərinin həcmi 2014-cü ilin I rübündə 383,534 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,3 dəfə çoxdur.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 24,4% artaraq 126,045 mln. manat olub.

İstehlak kreditlərinin həcmi 32,164 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin aprel ayının 1-nə olan göstəriciyə nisbətən 43,1% azdır.

Bankın ipoteka kreditlərinin həcmi aprelin 1-nə 570,95 min. manat olub ki, buda keçən ilin analoji dövrü ilə müqayisədə 17% çoxdur və kreditlərin 457,43 min. (80%) manatı ipoteka fondunun xətti ilə verilən kreditlərin payına düşür.

Bankın depozit portfeli hesabat dövrü ərzində 3,7 dəfə artaraq 220,678 mln. manata, əhalinin əmanətlərinin həcmi isə 64,446 mln. manata bərabər olub ki, bu da illik müqayisədə 2,2 dəfə çoxdur.

Bir il ərzində bankın məcmu kapitalı 92% artaraq 63,159 mln. manata çatdığı halda, nizamnamə kapitalı 2,1 dəfə artaraq 60 mln. manat təşkil edib.

Bankın gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən təxminən 3,4 dəfə artaraq 15,029 mln. manat, xərcləri isə 4,2 dəfə artaraq 14,626 mln. manata çatıb.

Cari ilin ilk üç ayı ərzində bankın əldə etdiyi mənfəət 402,55 min manat təşkil edib.

Hazırda bankın ölkə üzrə 9 filialı, 46 bankomatı, 513 POS-terminalı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR